Nazir müəllimlərin maaş artımından danışdı

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin əmək haqqlarının artırılmasından danışıb.

ANS PRESS-in məlumatına görə, təhsil naziri Aztv-yə müsahibəsində müəllimlərin biliyinin qiymətləndirilməsinin onların təkmilləşdirilməsinə, sonradan attestasiyaya bunun da əmək haqqlarının artırılmasına gətirib çıxaracağını deyib.

"Biz müəllimlərin biliyinin qiymətləndirilməsindən sonra onların potensialını müəyyənləşdiririk. Hansı müəllimin aşağı sinifdə, hansı müəllimlərin isə yuxarı siniflərdə daha yüksək nəticə göstərə biləcəyini müəyyənləşdiririk. Artıq müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələrini məktəb direktorlara göndərməyə başlamışıq", deyə nazir bildirib.

AzNews.az