Azərbaycanlıların təbii haqlarını boğaraq onların ana dilində təhsil almasını belə, yasaqlayan İran rejimi kürdlərin əl-qol açmasına elə geniş imkanlar yaradıb ki, artıq özü də ciddi problemlərlə üzləşib. Azərbaycanlıların təbii haqlarını boğaraq onların ana dilində təhsil almasını belə, yasaqlayan İran rejimi kürdlərin əl-qol açmasına elə geniş imkanlar yaradıb ki, artıq özü də ciddi problemlərlə üzləşib.

Cənubi Azərbaycanda - Qanlı toqquşma

Azərbaycanlıların təbii haqlarını boğaraq onların ana dilində təhsil almasını belə, yasaqlayan İran rejimi kürdlərin əl-qol açmasına elə geniş imkanlar yaradıb ki, artıq özü də ciddi problemlərlə üzləşib.


Kürd terrorçuları yenə Güney Azərbaycanın qərb bölgəsində qanlı toqquşmaya səbəb olublar. Qərbi Azərbaycan Vilayətinin Sərdəşt (Sarı Daş) bölgəsində Kürdistan Demokrat Partiyasının terrorçuları ilə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri arasında silahlı toqquşma baş verib.

Kürd mənbələri bildirib ki, baş verən toqquşmada bir neçə SEPAH üzvü həlak olub və yaralanıb. GünAz TV-nin məlumatına görə, kürd saytlarından biri toqquşma nəticəsində SEPAH-ın 3 üzvünün həlak olduğunu, 4-nun isə yaralandığını bildirib.

Lakin həmin mənbə terrorçuların itkiləri barədə heç bir məlumat yaymayıb. Hələlik bu xəbər heç bir İran mənbəsi tərəfindən təsdiqlənməsə də, "Ələrəbiyyə"nin yaydığı məlumata görə, etibarlı mənbələrdən biri sözü gedən xəbəri təsdiqləyib.

Qeyd edək ki, uzun illərdir, Güney Azərbaycanın qərb bölgəsində aktiv olan kürd terrorçuları son zamanlar daha da fəallaşıblar. Keçəm həftələrdə bu bölgədə bir neçə mühacir kürd terrorçu qruplaşmalarla əməkdaşlığa görə yaxalanıb. Bu bölgədə zaman-zaman terror aktları baş verir və onların sayı getdikcə artır.

Güney Azərbaycanın bir çox tarixi ərazisi, xüsusi ilə Qərbi Azərbaycan Vilayəti uzun illərdir ki, kürd terror qruplaşmalarının maraq dairəsindədir. Terrorçular Azərbaycan torpaqlarına yiyələnmək üçün bütün vasitələrdən o cümlədən terror aktlarından istifadə edirlər. Onlar bölgəni kürdləşdirmək məqsədi ilə bütün güclərini səfərbər edib və böyük Kürdistan ideyasına xidmət edən fəaliyyətlərini müxtəlif istiqamətlərə yönəldiblər. İran rejimi Qərbi Azərbaycanın kürdləşməsinə yaşıl işıq yandırsa da, azərbaycanlıların həssasiyyətini nəzərə alaraq, kürdlərin qıcıqlandırıcı hərəkətlərindən çəkinir.


AzNews.az