Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a daxil olan məlumata görə,

Sabah hava necə olacaq? - Proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a daxil olan məlumata görə,

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər isə havanın tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

AzNews.az