“Dövlət həmin Tərcümə Mərkəzinin Afaq Məsuda verilməsini məsləhət bildi” “Dövlət həmin Tərcümə Mərkəzinin Afaq Məsuda verilməsini məsləhət bildi”

Afaq Məsudun Anar üzərində qələbəsinə AYB-dən - Açıqlama

“Dövlət həmin Tərcümə Mərkəzinin Afaq Məsuda verilməsini məsləhət bildi”



Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri Rauf Aslanov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinin əmrinə əsasən Azərbaycan Yazıçılar Birliyinin balansında olan Nərimanov rayonu, Şahin Mustafayev küçəsindəki Tərcümə Mərkəzinin binası Afaq Məsuda verilib.

Xalq şairi Fikrət Qoca isə vurğulayıb ki, Azərbaycan Yazıçılar Birliyinin başqa problemlərinin yanında sözügedən Tərcümə Mərkəzi balaca bir məsələdir: "Alıb alıb da, guya nə olub ki? Xeyirli olsun. Birincisi, mən Afaq xanımın açıqlamasını oxumamışam. Məlumatsızam".

Qeyd edək ki, Afaq Məsud prezident İlham Əliyevin 16 may 2014-cü il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Bundan əvvəl isə Azərbaycan Yazışılar Birliyinin Tərcümə Mərkəzinə rəhbərlik edib.


Bahar RÜSTƏMLİ
AzNews.az