Respublikada ilin əvvəlindən bu günə kimi 1011 nəfər qidadan zəhərlənib. Təkcə yay mövsümü ərzində 572 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Respublikada ilin əvvəlindən bu günə kimi 1011 nəfər qidadan zəhərlənib. Təkcə yay mövsümü ərzində 572 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

1000-dən çox adam qidadan zəhərlənib- VİDEO

Respublikada ilin əvvəlindən bu günə kimi 1011 nəfər qidadan zəhərlənib. Təkcə yay mövsümü ərzində 572 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


ANS TV-nin məlumatına görə, hər il olduğu kimi bu il də zəhərlənmə əsasən məişətdə hazırlanan və köhnələn yeməklərdən baş verib. Şirniyyatlardan zəhərlənmə halları da bu mövsümdə daha geniş qeydə alınıb. Məişətdə hazırlanan turşular isə botulizm (infeksion xəstəliklər) hadisələrinə səbəb olub. Qeydə alınan 19 botulizm hadisəsi zamanı bir nəfər dünyasını dəyişib. Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayev vətəndaşların, xüsusilə qidalanma zamanı müxtəlif qidaları bir-birinə qatdığını və bunun sonda zəhərlənməyə gətirib çıxardığını deyir.

Bu mövsüm müxtəif həşaratların qurbanı olanlar da az deyil. Təkcə ilan sancmasından 76 nəfər zəhərlənib və xəstəxanaya yerləşdirilib. Əqrəb və qara qurd sancması faktı ilə ümumilikdə 31 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. İlan sancmasından əsasən orta yaşlı insanlar əziyyət çəkib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov onların arasında 15 uşağın olduğunu deyir.

Bu il də ilan sancmaları əsasən Respublikanın aran rayonlarında qeydə alınıb. Havalar sərinlədikcə bu cür müraciətlərin sayında da kəskin azalma müşahidə olunur.



AzNews.az