Bakı Slavyan Universitetinin dekanı, tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümündən bir il ötür. Bakı Slavyan Universitetinin dekanı, tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümündən bir il ötür.

“Həkim terroru”nun 1 ili: istintaq var, nəticə yox – FOTOLAR

Bakı Slavyan Universitetinin dekanı, tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümündən bir il ötür.



Ötən ilin bu vaxtı "həkim terroru" nəticəsində əməliyyat masasında dünyasını dəyişən xanım tənqidçinin ölüm xəbəri bir anlıq ölkə mediasında bütün gündəmi dəyişdi. Amma bir il ərzində onün ölümünə bais olanlarla bağlı heç nə dəyişmir: müxtəlif instansiyalara müraciət, həkimlərin günahını sübut edən sənədlər, ictimai qınaq, mətbuat təpkisi belə, nəinki onların cəzalnamasına gətirib çıxardı, hətta həkimlik fəaliyyətinə belə maneə olmadı...

AzNews.az bir il ərzində Elnarə Tofiqqızının istintaq prosesinə nəzər salıb.



1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb. Ekspertizanın rəyi ilə razılaşmayan Anar Niftəliyev yenidən ekspertizanın aparılması ilə bağlı müraciət etsə də, cavab eyni olur. İstintaqsa öz axarı ilə davam edir. Ekspertizanın 5-ci rəyini də verir. İstintaqın uzandığını və hərəkətsizliyini görən Anar Niftəliyev Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmək qərarına gəlir. Görüş baş tutur. Lakin nəticə yenə də yoxdur. Yenidən vəsatət qaldırılır. Anar Niftəliyev vəsatətində həkimlərin onu aldadaraq dələduzluq etdiklərini və tamah məqsədi ilə əməliyyat apardıqlarını, həmçinin əməliyyatın ağırlığını göstərmək üçün narkozdan istifadə etdiklərini bildirir. Səhiyyə Nazirliyinin ekspertləri də anesteziya üsulunun seçilməsinin yanlış qərar olduğu barədə 2013-cü ildə dekabrın 26-da rəsmi açıqlama verirlər. Klinikaya 10 dəfə artıq pul ödədiyi ilə bağlı ifadə verən Anar Niftəliyev şahidlərin, qarşı tərəfin ifadəsi alınsa da üzləşmənin olmağını istəyir. Digər tərəfdən isə ekspertizaya göndərilən əlavə 12 sualın cavablanması və bundan sonra istintaqın istiqamətinin müəyyənləşməsi var ki, bu da 10 gün müddətində yekunlaşmalı olduğu halda hələ ki, heç bir nəticə yoxdur. Çünki ekspertizaya göndərilən sorğunun tarixindən artıq aylarla vaxt keçib. Bir sözlə, uzun mücadilədən sonra Yasamal Rayon Məhkəməsinin qərarı alınır. Hazırda şikayətçi tərəf apelyasiya şikayəti hazırlayır. Bakı Şəhər Prokurorluğunda isə istintaq hələ davam edir. Növbəti ekspertiza rəyi alınması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə sorğu göndərilib. İstintaq sorğunun cavablandırılmasını gözləyir. Bir ildir ki, həmkarımızın ölümündə təqsirkar olanın tapılmasını gözləyirik. Vaxt isə gözləmir. Baiskarlar hər gün iş başındadır. Onlar hər gün bir nəfərin həyatına son qoya bilər.








Gültəkin ƏLƏSGƏR
AzNews.az