Əfqanıstanda xidmət edən ABŞ ordusunun qadın hərbçisi balaca oğluna görə protokol qaydalarına məhəl qoymayıb. Əfqanıstanda xidmət edən ABŞ ordusunun qadın hərbçisi balaca oğluna görə protokol qaydalarına məhəl qoymayıb.

Hərbçi qadın oğluna görə protokol qaydalarını pozdu

Əfqanıstanda xidmət edən ABŞ ordusunun qadın hərbçisi balaca oğluna görə protokol qaydalarına məhəl qoymayıb.



Axar.az xəbər verir ki, hərbi xidmətdə olan ana ilə oğlunun görüşməsi duyğu dolu anlara səbəb olub.

Belə ki, 9 aydır Əfqanıstanda əsgərlik çəkən Katrin adlı qadın ölkəsinə dönüb. Əsgərlərin qarşılanma tədbirində anasını görən 3 yaşlı uşaq daha artıq dözə bilməyib onun üstünə qaçıb. Ana oğlunun bu vəziyyətini görəndə protokol qaydalarını nəzərə almadan 3 yaşlı oğluna sarılıb qucağına qaldırıb.

Qeyd edək ki, protokol qaydalarına görə, qarşılanma tədbirində əvvəlcədən hazırlanmış qaydanı pozmaq qadağandır.

AzNews.az