Ötən cümə günü 40 yaşlı çeçen “qanuni oğru” Qilani Əliyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Ötən cümə günü 40 yaşlı çeçen “qanuni oğru” Qilani Əliyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Ded Xasanın taclandırdığı məşhur “qanuni oğru” tutuldu - VİDEO

Ötən cümə günü 40 yaşlı çeçen “qanuni oğru” Qilani Əliyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.


AzNews.az xəbər verir ki, o, kriminal aləmdə daha çox "Qilani Sedoy" ləqəbi ilə məşhurdur. Axtarış zamanı onun üzərində çox miqdarda narkotik vasitə olan "amfetamin" aşkarlanıb.

Qeyd edək ki, Qilani Əliyev bu ilin iyun ayında Verxneuralska həbsxanasından vaxtından öncə azad edilmişdi. Burada Qilani Ximkinsk məhkəməsinin qərarı ilə "amfetamin" saxladığına görə cəza çəkib.

Onu da bildirək ki, Qilani 2011-ci ildə - öz taclandırılmasından 3 ay sonra saxlanılıb. Ona "oğru" titulunu Ded Xasan verib. Lakin tezliklə Qilani göstərdi ki, heç də bütün sahələrdə o, öz xaç atasının siyasətini bölüşmür. Bəlkə də, elə buna görə o həbsdə "dedovski"lərin qaldığından daha uzun müddət qaldı. Bəzi məlumatlara görə, həbsdən azad edildikdən sonra Qilani "dedovskom" klanda ortaq dil tapmadığına görə, azadlıqda heç 3 ay da qala bilməyib.





Aydan Axundova
AzNews.az