Dövlət Baytarlıq Xidməti Ucar rayonunun Təzə Şilyan kəndində kütləvi heyvan ölümünü təsdiqlənib. Dövlət Baytarlıq Xidməti Ucar rayonunun Təzə Şilyan kəndində kütləvi heyvan ölümünü təsdiqlənib.

Ucarın Təzə Şilyan kəndi nəzarətə götürüldü – Təhlükə

Dövlət Baytarlıq Xidməti Ucar rayonunun Təzə Şilyan kəndində kütləvi heyvan ölümünü təsdiqlənib.

Ucarın Təzə Şilyan kəndində nodulyar dermatit virus xəstəlik səbəbindən kənddə hər gün demək olar ki, 20-ə yaxın inək ölür. Kənd sakinləri ölü heyvanları basdırmaq üçün texnikanın verilməməsindən də şikayətləniblər.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin AzNews.az-a verdiyi məlumata görə, deyilənlərdə müəyyən həqiqət olsa da, tam həqiqəti əks etdirmir. Həmin kənddə 5-6 heyvan tələf olub.

"Amma texnikanın verilib-verilməməsi rayonun bələdiyyəsi və icra hakimiyyətinin səlahiyyətindədir. Baytarlıq İdarəsinin texnikası yoxdur ki kəndlilərə versin. O ki, qaldı baytarların heç bir iş görməməsinə, bununla razılaşa bilmərik. Çünki həmin kənddə lazımi qədər müalicə tədbirləri aparılır. Xeyli heyvan xəstəlikdən müalicə olunub. Dezinfeksiya işləri bu gün də aparılır. Gündə 20 baş heyvanın tələf olması yalnış fikirdir. Həmin kənddə cəmi 6 baş heyvan tələf olub".

Bu kənddə yayılan xəstəliklə bağlı məlumat daxil olan kimi Baytarlıq İdarəsi həkimlərinin dərhal həmin əraziyə ezam olunduğunu deyən Y.Xanvəlinin sözlərinə görə, hazırda həmin kənd nəzarətə götürülüb.

Qeyd edək ki, Ucar rayonunun Təzə Şilyan kəndində bir həftə ərzində xəstəlikdən ən azı 100 inək ölüb. Təzə Şilyan kəndində nodulyar dermatit virus xəstəliyi mal-qaranı məhv edib. Kənddə hər gün demək olar ki, 20-ə yaxın inək ölür. Sakinləri narahat edən məsələlərdən biri isə bundan ibarətdir ki, baş vermiş hadisə ilə dövlət qurumlarından heç biri maraqlanmır. Ölən heyvanları basdırmaq üçün kəndlilərə heç bir texnika verilməməsi barədə xəbərlər yayılıb.

Gültəkin ƏLƏSGƏR