Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Səxavət Əlisoyun yeni başqan Arif Hacılını ittiham etməsinə münasibət bildirib. Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Səxavət Əlisoyun yeni başqan Arif Hacılını ittiham etməsinə münasibət bildirib.

Arif Hacılının istefa tələbinə qardaşından - Reaksiya

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Səxavət Əlisoyun yeni başqan Arif Hacılını ittiham etməsinə münasibət bildirib.

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli AzNews.az-a açıqlamasında deyib ki, Səxavət Əlisoyun ittiham xarakterli sualları Müsavat Partiyası və qurultay nümayəndələrinə hörmətsizlik kimi qəbul edilib.

"Ortada qurultayın iradəsi var. Bu qurultayda nümayəndələrin böyük hissəsi Arif Hacılını başqan görmək istədi və ona da nail oldular. Bu istəyə qarşı çıxış etmək Müsavat Partiyasının iradəsinə və eyni zamanda qurultay nümayəndələrinin seçiminə hörmətsizlikdir. Səxavət Əlisoya bu cavab məncə yetərli olar", - deyə Mustafa Hacıbəyli vurğulayıb.

Qeyd edək ki, Səxavət Əlisoy Müsavat Partiyasının qurultayında keçirilən başqanlıq seçkilərində namizəd olsa da sonradan Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürmüşdü.


Bahar RÜSTƏMLİ
AzNews.az