İŞİD Kobanidə can verir - VİDEO

İŞİD-in irəliləyişinin qarşısı alınmaq üzrədir.

ANS TV-nin məlumatına görə, Suriyanın Kobani şəhərində kürd Peşmərgə qüvvələri artıq şəhər ərazisinin 60 faizini terrorçulardan azad ediblər. Peşmərgənin bu uğuruna son bir neçə gündə intensivləşən koalisiya aviazərbələrinin də köməyi olub. Ağır artilleriya və silah səsləri hələ də Türkiyə sərhədindən eşidilir.

Birləşmiş Ştatların müdafiə nazirliyi israr edir ki, onlar xeyli sayda İŞİD döyüşçüsünü məhv ediblər. Sentyabrın 16-dan bəri Kobanidə döyüşlərdə hər iki tərəfdən ümumilikdə mindən çox insan itkisi olduğu xəbəri gəlir.

Bu gün BMT Suriyada İŞİD və Peşmərgə qüvvələri arasında döyüşlərin getdiyi Kobani şəhərini tərk edən qaçqınlarla bağlı görüntü yayıb.

Kadrlarda yüzlərlə qaçqının İraqın şimalına köç edir. Videonu müşayiət edən məlumatda bildirilir ki, təkcə son bir neçə gün ərzində İraqa şimalına doğru 6000 Kobani sakini köç edib.



AzNews.az