Müsavat partiyasının üzvü Səxavət Əlisoy partiyanın başqanı Arif Hacılının 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı yazdığı barışıq məktubuna münasibət bildirib. Müsavat partiyasının üzvü Səxavət Əlisoy partiyanın başqanı Arif Hacılının 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı yazdığı barışıq məktubuna münasibət bildirib.

Səxavət Əlisoy: “Kim istəyir, bərk-bərk qucaqlaşa bilər”

Müsavat partiyasının üzvü Səxavət Əlisoy partiyanın başqanı Arif Hacılının 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı yazdığı barışıq məktubuna münasibət bildirib.



Səxavət Əlisoy AzNews.az açıqlamasında deyib ki, ortada fil boyda faktlar var, qucaqlaşmaqdan öncə özünü başqan hesab edən adam o problemlərin obyektiv çözülməsi üçün lazımlı addımlar atmalı, partiyanın monolitliyi naminə etiraf etməyi bacarmalıdır.

S.Əlisoyun fikrincə, siyasi partiya aşirət deyil ki, ağsaqqalların çağırışı ilə tayfa üzvləri farağat dayanıb əmri icra etsin: "Xalq olaraq mentalitetimizdə bir əcaib nəsnə var ki, küsülüləri barışa dəvət edirlər. Bu, məişət səviyyəsində özünü qismən doğruldur. Adamlar bayram günü əl tutur, bəziləri hətta qucaqlaşır, öpüşür, göz yaşlarına hakim ola bilmir".

S.Əlisoy əlavə edib ki, şəxsən onun nə Arif Hacılı, nə onun dəstəsinin üzvləri, nə də ki, hər hansı müsavatçı ilə bir şəxsi-qərəzçiliyi var.

"Onlarla istənilən məkanda süfrə arxasında oturmağa alnım açıqdır. Saxtakar deyiləm, mədhiyyə yazmıram, qrup mənafeyindən çıxış etmirəm ki, görüşməyə üzüm olmasın. O ki, qaldı qucaqlaşmaq məsələsinə, burada bir nüans çox maraqlıdır. Deyək ki, Arif Hacılının "müdrik" çağırışına hamı "hə" dedi və bu gün bütün günü partiyada onun legitimliyini şübhə altına alanlarla almayanlar bir yerə yığışıb, yeyib-içib, görüşüb-öpüşüb, xiffətdən, məhəbbətdən, səmimilikdən söhbət açıb, hətta göz yaşları tökdülər. Sabah necə olacaq, iki yerə bölünmüş insanlar "Arif Hacılı ən böyük başqan" deyərək hayqıracaqmı? Kəsəsi, bu qucaqlaşmaq çağırışının arxasında legitimliyi tanımaq dayanır. Kim istəyir, gedib bərk-bərk qucaqlaşa bilər", - deyə Müsavat partiyasının üzvü Səxavət Əlisoy vurğulayıb.


Bahar Rüstəmli
AzNews.az