Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək. Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək.

Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, seminara Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev rəhbərlik edəcək.

Müşavirədə icra başçıslarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar veriləcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiyalı fəaliyyəti müzakirə olunacaq.

Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cabbarov, Səlim Müslümov, Hüsenyqulu Bağırov və digər nazirlərin seminarda çıxışı gözlənilir.

Seminar 3 gün davam edəcək.