Yay mövsümünün bitməsi ilə rayonlardakı istirahət mərkəzlərinin fəaliyyəti iflic hala düşüb. Ölkə vətəndaşlarının daha çox üz tutduğu Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən əksər restoran və istirahət mərkəzlərində hazırda az sayda müştəriyə rast gəlinir. Yay mövsümünün bitməsi ilə rayonlardakı istirahət mərkəzlərinin fəaliyyəti iflic hala düşüb. Ölkə vətəndaşlarının daha çox üz tutduğu Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən əksər restoran və istirahət mərkəzlərində hazırda az sayda müştəriyə rast gəlinir.

Azərbaycanda qış turizmi çökür - FOTO

Yay mövsümünün bitməsi ilə rayonlardakı istirahət mərkəzlərinin fəaliyyəti iflic hala düşüb. Ölkə vətəndaşlarının daha çox üz tutduğu Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən əksər restoran və istirahət mərkəzlərində hazırda az sayda müştəriyə rast gəlinir.



AzNews.az-ın əməkdaşı qeyd olunan regionlarda mövcud vəziyyətlə tanış olub.

İlk müşahidəmizi əsasən yolların kənarlarına yaxın olan restoran və istirahət mərkəzlərində apardıq. Nəzərimizi cəlb edən boş masalar oldu. İstirahət mərkəzlərindən birinin administratorunun sözlərinə görə, yay mövsümündən fərqli olaraq indi dincəlməyə gələn müştərilərin sayı xeyli azalıb. Buna səbəb isə havanın soyuması və tətilin bitməsidir. Digər istirahət mərkəzinin əməkdaşı da müştərilərin yoxluğundan şikayət etdi:
"Yay mövsümündə insanlar sırf istirahət etmək üçün bizim mərkəzə üz tutduğu halda, hazırda kimsə təsadüfən yoldan keçən zaman yemək üçün bir neçə saatlq bizim mərkəzə gəlir".

Söhbət etdiyimiz digər restoran sahibi də Azərbaycanda qış turizminin inkişaf səviyyəsinin çox aşağı olduğunu dedi:
"Yayda müştəri sarıdan korluğumuz olmur, amma qışda çox az sayda müştəri gəlir. Məncə belə vəziyyətin olmasında günahkar tək biz deyilik. Dövlətimiz də bizə bu işdə yardım etməlidir. Elə etməliyik ki, qış mövsümündə mərkəzlərimizə baş çəkən qonaqların sayı heç olmasa yayda müraciət edənlərin yarısı qədər olsun, məhz bundan sonra qış turuzminin inkişafında irəliləyiş müşahidə etmək olar".












Xəyal Əzizov
AzNews.az