Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib.

Mübariz Qurbanlı: “Yas mərasimlərindəki israfçılıq yolverilməzdir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib.



AzNews.az APA-ya istinadən xəbər verir ki, qəbulda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının sakinləri iştirak edib.

Qəbul zamanı əsasən adı çəkilən rayonların axundları, din xadimləri, dini icmaların rəhbərləri və digər sakinlər komitə sədrinə müxtəlif məzmunlarda müraciətlər edib.
Müraciətlərdə əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təchizatı və təminatı kimi suallar yer alıb. Bəzi müraciətlər yerində öz həllini tapıb. Bəzilərinin həll olunması üçün göstərişlər verilib. Komitə sədri müraciətlərin bəzilərinə tövsiyə xarakterli cavablar verib.

Mübariz Qurbanlı deyib ki, yas mərasimlərində həddindən artıq israfçılıq, eyni zamanda məzarlıqların dəbdəbəli salınması din tərəfindən də yolverilməzdir: "Biz də sadəcə, insanlara bunların yolverilməz olduğunu xatırladaraq, onlara tövsiyə edirik ki, yas mərasimləri zamanı israfçılığa və ifrata varmaq olmaz. Yas mərasimləri istisna olmaqla digər dini bayram və mərasimlərdə xeyriyyə tədbirlərinin keçirilməsinə isə heç bir məhdudiyyət qoyulmur".