Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Azərbaycanlı alim qızıl medal aldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.



AzNews.az xəbər verir ki, İnstitutdan bildiriblər ki, mükafat alimə milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, epos, nəsr sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına görə verilib.

M.İmanov gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının hazırlanmasında da səmərəli xidmətlər göstərib.