Bakının Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Bakının Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

2 azyaşlı uşaq xilas olundu

Bakının Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə açıblar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:34-də başa çatıb.

AzNews.az