Türkiyənin məşhur aktrisası Nehir Ərdoğan “Narkotik maddələrdən istifadə etmək və saxlamaq” maddəsilə 10 ay həbs cəzası alıb. Türkiyənin məşhur aktrisası Nehir Ərdoğan “Narkotik maddələrdən istifadə etmək və saxlamaq” maddəsilə 10 ay həbs cəzası alıb.

Aktrisa Ərdoğan həbs edildi

Türkiyənin məşhur aktrisası Nehir Ərdoğan “Narkotik maddələrdən istifadə etmək və saxlamaq” maddəsilə 10 ay həbs cəzası alıb.


AzNews.az xəbər verir ki, bu haqda qərar İstanbul Asliye Cəza Məhkəməsində çıxarılıb. Qərarda deyilir ki, əgər Ərdoğan 5 il ərzində cinayət işləməsə, cəza ona verilməmiş sayılacaq.

Dünən baş tutan məhkəmədə Ərdoğana 2 ilə qədər həbs cəzası istənilib.

Məhkəmədə ilk dəfə ifadə verən Nehir Ərdoğan Türkiyədə narkotikadan istifadə etmədiyini deyib: "Amsterdamda bir dəfə sınadım. Türkiyədə istifadə etmədim. Mənə qarşı irəli sürülən iddialar doğru deyil. Narkotikdən istifadə etmirəm. Bəraət istəyirəm", - deyə aktyor vurğulayıb.

Qeyd edək ki, Nehir Erdoğan 16 iyun 1980-ci ildə İzmirdə anadan olub. Türkiyədə bir çox kino və seriallarda çəkilib. İlk və orta təhsilini İzmirdə bitirdikdən sonra Mərmərə Universitetinin İqtisadi və İdarəetmə fakültəsini bitirib. Sonra isə həmin Universitetdə Radio Televiziya və Kino ixtisasına yiyələnib. Ərdoğan qısa bir müddət ərzində ABŞ-da yaşayıb, daha sonra "Yabancı Damat" serialı üçün Türkiyəyə geri dönüb. Bu günə qədər müxtəlif televiziya kanallarında seriallara çəkilib, filmlərdə rol alıb.



AzNews.az
image description