Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub.

Zaqatalada evdə yanğın oldu

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun Muxax kəndində, Rüstəm Şərif oğlu İsayevə məxsus, ümumi sahəsi 170 kvadratmetr olan kürsülü birmərtəbəli, 5 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək otaqlara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində evin çardağının 60 kv.m-lik sahəsinin yanar konstruksiyası və mətbəxin tavan hissəsinin 15 kv.m sahəsi yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahiblərindən heç kəs evdə olmayıb. İlkin olaraq yanğına səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma göstərilir.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.