Dünyanın diqqəti bu saatlarda Kanadadadır. Dünyanın diqqəti bu saatlarda Kanadadadır.

Parlamentdə atışma

Dünyanın diqqəti bu saatlarda Kanadadadır.


ANS TV-nin məlumatına görə, Kanadanın paytaxtı Ottavada naməlum silahlılar əsgərə atəş açıblar. Hadisə National Memorial meydanında baş verib. Silahlılar daha sonra yaxınlıqdakı parlament binasına doğru qaçıblar. Şübhəlilər hazırda binanın daxilində gizləniblər. Polis əməliyyatlar zamanı silahlılardan birini zərərsizləşdirə bilib. Şübhəli şəxslərin 3 nəfər olduğu bildirilir.

Əməliyyatlar zamanı ölkənin baş naziri Stiven Harper də binada olub. Lakin nazir təhlükəsiz şəkildə binadan uzaqlaşdırılıb. Vəziyyətlə əlaqədar parlament öz fəaliyyətini dayandırıb. Bölgəyə çevik polis qüvvələri cəlb olunub. Ərazi tam nəzarətə götürülüb. Şahidlər insident zamanı 30-a yaxın atəş səsi eşitdiklərini bildiriblər. Kanadada iki gün əvvəl də hərbiçilər naməlum silahlının hücumuna məruz qalmışdı. İndi əməliyyatlar davam edir.