- Köhnə - Cəmiyyət
- 23 Oktyabr 2014 10:01
- 3 638
QMİ sədri: “İŞİD üzvləri müsəlman deyil”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərini qeyri-müsəlman olduqlarını bəyan edib.
APA-nın məlumatına görə, Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir: "Məsələn, "Allahu əkbər!" deyib insanın başını kəsirlər, parçalayırlar. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır".