Ukraynanın münaqişə baş verən ərazilərində yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. Ukraynanın münaqişə baş verən ərazilərində yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur.

Azərbaycanlı iş adamlarının biznesi çökür - FOTO

Ukraynanın münaqişə baş verən ərazilərində yaşayan azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur.



AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukarynadakı səfiri Eynulla Mədətli "Qarabağ" futbol klubuna dəstək üçün Kiyevdə səfərdə olan jurnalistlərlə görüşündə açıqlama verib.

Onun sözlərinə görə, separatizmə məruz qalan bölgələr içərisində daha çox azərbaycanlı Donetskdə yaşayır: "Ukraynadakı müharibədə azərbaycanlılar da öldürülüb. Bir nəfər isə itkin düşüb. Əslində müqayisə etsək, görərik ki, insan itkimiz çox deyil. Əlbəttə bir azərbaycanlının belə, ölməsi bizim üçün ağır hadisədi. Müharibə azərbaycanlıların həmin bölgələrdə daha çox iş həyatını, illər boyu qurduqları şəraiti məhv edib. Azərbaycanlı iş adamlarının biznesi ağr duruma düşüb. Donetskdə çoxlu sayda azərbaycanlı iş adamları var idi. İndi onların bütün işləri dayanıb. Ukraynadakı müharibə burda yaşayan azərbaycanlılara böyük zərbə oldu".

Səfir müharibəyə görə xeyli sayda azərbaycanlıların Ukraynanı tərk edərək, Azərbaycana qayıtdıqlarını da deyib: "Rəsmi məlumata görə, münaqişə baş verən əraziləri beş yüz minə yaxın insan tək edib. Onların içərisində azərbaycanlıların neçə faiz təşkil etdiyini dəqiqləşdirmək çətindi. Müharibə gedir, statistik məlumatlar əldə etmək imkansıdır. Amma o bəllidir ki, Ukraynada müharibə başlayandan sonra Azərbaycana qayıdış şəhadətnamə üçün müraciət edənlərin sayı 4-5 dəfə çoxalıb".

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

Ceyhun