“Qərb siyasətçiləri Rusiyanı başa düşmür”. “Qərb siyasətçiləri Rusiyanı başa düşmür”.

“Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya yoxdur”

“Qərb siyasətçiləri Rusiyanı başa düşmür”.



AzNews.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodin Soçi şəhərində keçirilən Beynəlxalq Diskussiya klubunun tədbirində deyib.

109 siyasətçi və ekspertin qatıldığı tədbirdə çıxış edən Volodin bildirib ki, hazırda Rusiya xalqının 84%-i Putini dəstəkləyir, əhalinin 65%-i isə Putinə heç bir alternativ görmür:

"Rusiyada keçirilən bütün sorğularda Putinin dəstəklənməsi açıq aydın hiss olunur. Belə nəticəyə gəlmək olar ki, Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya yoxdur".


Xəyal Əzizov
AzNews.az