Göyçay rayonunda yaşayış evi yanıb. Göyçay rayonunda yaşayış evi yanıb.

Göyçayda yaşayış evi yandı

Göyçay rayonunda yaşayış evi yanıb.



APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Bəsti Cəbrayılovaya məxsus, ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı ev və içəridəki məişət əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tövlə və yardımçı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.