İsveç hərbçiləri Baltik dənizinin Stokholmdan cənubda yerləşən hissəsində bir həftəyədək davam edən və sualtı qayıq olduğu güman edilən şübhəli obyektin axtarışını dayandırıb. İsveç hərbçiləri Baltik dənizinin Stokholmdan cənubda yerləşən hissəsində bir həftəyədək davam edən və sualtı qayıq olduğu güman edilən şübhəli obyektin axtarışını dayandırıb.

Baltik dənizində batan sualtı qayıq kimə məxsusdur?

İsveç hərbçiləri Baltik dənizinin Stokholmdan cənubda yerləşən hissəsində bir həftəyədək davam edən və sualtı qayıq olduğu güman edilən şübhəli obyektin axtarışını dayandırıb.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, Stokholm arxipelaqı sularında Rusiyaya məxsus olduğu zənn edilən sualtı qayığın qəza vəziyyətinə düşdüyü ehtimal olunurdu.
Rusiya Müdafiə Nazirliyi isə gəmilərinin qəzaya düşmədiyini və bu qalmaqala heç bir aidiyyatı olmadığını bəyan etmişdi.



Məlumatlara görə, axtarış əməliyyatı İsveçdə II Dünya Müharibəsindən sonra hərbi qüvvələrdə müşahidə edilmiş ən irimiqyaslı səfərbərliyə səbəb olub.

İsveç Müdafiə Nazirliyi axtarış əməliyyatında iştirak etmiş gəmilərin əsas hissəsinin limana qayıtması barədə əmr verib.

Bəyanatda axtarış əməliyyatının dayandırılması səbəbi açıqlanmır.

Axtarış əməliyyatında yüzlərlə adamın iştirak etdiyi xəbər verilir.



İsveç ordusu sualtı obyektin ölkə mənsubiyyəti barədə heç bir məlumat verməyib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Moskvanın Baltik dövlətlərinə qarşı niyyətlərilə bağlı şübhələr oyadıb.

Çərşənbə axşamı NATO hərbi təyyarələri Estoniya hava məkanını qısa müddət ərzində pozan Rusiya hərbi təyyarəsini havada təqib edib.

Moskva hərbi təyyarəsinin Baltik dəniz üzərində təlim uçuşu keçirdiyini və Estoniyanın hava məkanına daxil olmadığını bildirib.

İsveç NATO üzvü olmasa da, son zamanlar alyansla əlaqələrini gücləndirib.

Sentyabrın 5-də NATO ilə imzaladığı saziş İsveçə alyansın təlimlərində iştirak etmək və lazım gələndə NATO qoşunlarından kömək istəməyə imkan verir.