F-16-lar və təlim keçmiş pilotlar bu il Ukraynaya gəlməyə başlayacaq -Lloyd Ostin

ABŞ-nin müdafiə naziri Lloyd Ostin aprelin 26-da bildirib ki, F-16 təyyarələri, eləcə də müttəfiqlər tərəfindən öyrədilmiş pilotlar bu il Ukraynaya gəlməyə başlayacaq.

" F -16 eskadrilyaları bu il Ukraynaya bu təmas qrupunun üzvləri tərəfindən öyrədilmiş pilotlar və yardımçı heyətlə birlikdə gəlməyə başlayacaq",- deyə o, Ramstein formatında onlayn görüş zamanı bildirib.

Nazir, həmçinin Ukraynanın daha çox zirehli texnika və artilleriyaya ehtiyacı olduğunu vurğulayıb və əlindən gələni edəcəyinə söz verib.

Mövsüm

Aznews.az