"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu yerli marşalların təliminə başlayıb.

Qurumdan Aznews.az-a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək "Formula 1" yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.

Eyni zamanda, bu təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində keçirilən təlim nəzəri və
praktiki hissələrdən ibarətdir.

Nəzəri hissədə "Formula 1" üzrə Azərbaycan Qran-prisinin idarəetmə texnikaları və cari mövsümün yenilikləri marşallara öyrədilir. Praktiki hissədə isə marşallar xüsusi olaraq hazırlanmış simulyasiya trekində öyrəndikləri bacarıqları tətbiq edirlər.

Qeyd edək ki, təlim sentyabrın 13-15-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıq mərhələsidir. Yarışda 1470 marşalın iştirakı nəzərdə tutulur.

image description