İrəvanın mərkəzində keçirilən kütləvi etiraz aksiyalarında müxalifət partiyalarının liderləri çıxışlarında hökuməti sərt tənqid ediblər. İrəvanın mərkəzində keçirilən kütləvi etiraz aksiyalarında müxalifət partiyalarının liderləri çıxışlarında hökuməti sərt tənqid ediblər.

İrəvanda xalq ayağa qalxdı- VİDEO

İrəvanın mərkəzində keçirilən kütləvi etiraz aksiyalarında müxalifət partiyalarının liderləri çıxışlarında hökuməti sərt tənqid ediblər.



ANS PRESS-in məlumatına görə, liderlər prezident Serj Sarkisyanı təcili istefa verməyə çağırıblar.

"İrs" partiyasının lideri Raffi Ovannisyan bildirib ki, hazırkı hökumət istefa verməlidir və 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə tələb edib ki, ölkədə iqtisadi sahədə təcili islahatlar həyata keçirilməlidir: "Mən 2009-cu ildə biznesi stimullaşdıran iqtisadi islahatların keçirilməsinə ehtiyac olduğunu demişdimm. Amma qulaq asan olmadı. Nəticədə işsizlik 43%-ə yüksəldi. 15 min müəssisə isə bağlandı".