Kürd döyüşçüləri "İslam dövləti" (İD) yaraqlılarının əlindən İraqın şimalındakı Zumar şəhərini və bir neçə ətraf yaşayış məntəqələrini geri alıblar. Kürd döyüşçüləri "İslam dövləti" (İD) yaraqlılarının əlindən İraqın şimalındakı Zumar şəhərini və bir neçə ətraf yaşayış məntəqələrini geri alıblar.
  • 25 Oktyabr 2014 18:40
  •  632

Kürd döyüşçüləri İD-dən bu şəhəri geri aldılar

Kürd döyüşçüləri "İslam dövləti" (İD) yaraqlılarının əlindən İraqın şimalındakı Zumar şəhərini və bir neçə ətraf yaşayış məntəqələrini geri alıblar.

Trend İnterfaks agentliyinə istinadən bu barədə Livan qəzeti The Daily Star xəbər verir.

Qəzet qeyd edir ki, islamçıların mövqelərinə əvvəlcədən endirilən beynəlxalq koalisiyanın hava zərbələri Peşmərgə (Kürd silahlı qoşunu) qüvvələrinin hücumuna köməklik göstərib.

İD-nin yaraqlıları yayda İraqın şimalında və qərbində, həmçinin Suriya ərazisinin bir hissəsində böyük əraziləri ələ keçiriblər. Beynəlxalq koalisiya qüvvələri islamçıların hücumlarını dayandırmaq məqsədilə avqust ayından onların mövqelərinə hava zərbələri endirirlər.