Həkim Jan-Fransua Peyen Şumaxerin əvvəlki vəziyyətinin bərpa olunması prosesinin 1 ildən 3 ilə kimi çəkəcəyini bildirib. Həkim Jan-Fransua Peyen Şumaxerin əvvəlki vəziyyətinin bərpa olunması prosesinin 1 ildən 3 ilə kimi çəkəcəyini bildirib.

Şumaxerin həkimi danışdı

Həkim Jan-Fransua Peyen Şumaxerin əvvəlki vəziyyətinin bərpa olunması prosesinin 1 ildən 3 ilə kimi çəkəcəyini bildirib.



ANS PRESS-in məlumatına görə, Qrenbol Universitetinin klinikasının anesteziologiya şöbəsinin rəhbəri həkim Jan-Fransua- Peyen "Formula 1" yarışları üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin reabilitasiyasının gedişi barədə danışıb.

"Mən onda müəyyən inkişaf gördüm, amma demək istərdim ki, ona vaxt verin. Reabilitasiya müddəti 1 ildən 3 ilə kimi təşkil edə bilər. Mən Mixaeli əvvəl Lozanna xəstəxanasında komadan çıxandan sonra xəstəxanada, daha sonra isə onun evində ziyarət etmişəm. O, yaxşı əllərdədir. Ailəsinin yanında olmaq hər bir xəstə üçün vacibdir. Şumaxerin həyat yoldaşı Korrina təlimli mütəxəssislərdən məsləhətlər alır və onun sağalması üçün əlindən gələni edir. KİV-in Mixaelə diqqəti tamamilə artıqdır. Biz belə bir halda onu xarici aləmlə əlaqələrdən uzaq tutmaq üçün mümkün olan hər şeyi edirik."- deyə Fransanın Alp dağlarındakı bədbəxt hadisədən dərhal sonra Qrenbol Universitetinin xəstəxanasına gətirilən məşhur avtopilotun müailicəsinə rəhbərlik edən həkim Peyen danışıb.

Xatırladaq ki, Şumaxer keçən ilin dekabrında Meribel kurort mərkəzində xizəklə sürüşərkən ağır kəllə-beyin travması alıb.