"Dnepr"lə qarşılaşmada "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş jurnalistlər paytaxtın Olimpiya arenasında Xocalı aksiyası keçiriblər. "Dnepr"lə qarşılaşmada "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş jurnalistlər paytaxtın Olimpiya arenasında Xocalı aksiyası keçiriblər.

Azərbaycan jurnalistləri Kiyevdə Xocalı aksiyası da keçiriblər - Fotolar

"Dnepr"lə qarşılaşmada "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş jurnalistlər paytaxtın Olimpiya arenasında Xocalı aksiyası keçiriblər.



"AzerFax" xəbər verir ki, üzərində "Xocalıya ədalət" yazılmış gödəkcələr geyinən media mənsubları bununla ukraynalı həmkarları ilə yanaşı futbol azarkeşlərinin də diqqətini cəlb ediblər. Fasilə zamanı futbol azarkeşlərinə Xocalı ilə bağlı məlumat verən jurnalistlər onlara Azərbaycan Mətbuat Şurasının "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə birgə keçirdiyi müsabiqə çərçivəsində Xocalı faciəsilə bağlı yazılmış məqalələrin toplusunu paylayıblar. Rus və ingilis dillərində tərtib olunmuş bu kitab və gödəkcələr Azərbaycan jurnalistlərinə "Akkord" tərəfindən təqdim olunub.

Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən dəstəklənib.