Lider Qadınlar İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Lider Qadınlar İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,

Azərbaycanda qadınlar bələdiyyə seçkilərinə görə toplanacaqlar

Lider Qadınlar İctimai Birliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,

Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Milli Assambleyaları Kaunterpart İnterneşnl təşkilatı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) texniki dəstəyi ilə Qadın İştirakçılığı Proqramı çərçivəsində "Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər" adlı konfrans təşkil etməyi nəzərdə tutur.

AzNews.az xəbər verir ki, konfrans hökumət rəsmilərini, millət vəkillərini, vətəndaş cəmiyyəti təşkilatlarını, bələdiyyə nümayəndələrini bir araya gətirərək, yerli özünüidarəetmədə qadın liderliyi, qadınların bələdiyyələrdə bərəbər təmsilçiliyinin hüquqi aspektlərini, bələdiyyələrin fəaliyyətində qadınların rolunun artırılması yollarını müzakirə edəcək.

Tədbirdə eyni zamanda bələdiyyələr və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığının və qarşıdan gələn bələdiyyə seçkilərində qadınların elektoral aktivliyinin artırılmasının vacibliyini diqqətə çatdıracaq.

Konfrans iştirakçıları müəyyən edilmiş 3 mövzu üzrə müzakirələr aparacaqlar: a) Qadınların bələdiyyələrdə bərəbar təmsilçiliyinin hüquqi əsasları; b) Qadınların yerli özünüidarəetmə orqanlarında fəaliyyəti: uğurlar və çətinliklər; c) 2014-cü il bələdiyyə seçkilərində qadınların iştirakı.

Konfransın yekunu kimi qruplarda aparılacaq müzakirələr nəticəsində tədbir iştirakçıları tərəfindən yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi ilə bağlı "Əsas Prioritetlər" müəyyən ediləcəkdir.

Yerli özünüidarəetmədə qadın liderliyi Konfransı 31 oktyabr 2014-cü il tarixdə saat 10.00-da Bakıda, Qafqaz Baku City Hotelinin Şamdan zalında keçiriləcək.