Dünyada brend olmağın yolu ARK-dan keçir. AzNews.az xəbər verir ki, yeni yaranan və Beynəlxalq Ticarət Mərkəzində təqdimatı keçirilən ARK Business Solutions məhz bu iddia ilə bazara girib. Dünyada brend olmağın yolu ARK-dan keçir. AzNews.az xəbər verir ki, yeni yaranan və Beynəlxalq Ticarət Mərkəzində təqdimatı keçirilən ARK Business Solutions məhz bu iddia ilə bazara girib.

Azərbaycanda yeni şirkət yaradıldı - ARK Business Solutions

Dünyada brend olmağın yolu ARK-dan keçir. AzNews.az xəbər verir ki, yeni yaranan və Beynəlxalq Ticarət Mərkəzində təqdimatı keçirilən ARK Business Solutions məhz bu iddia ilə bazara girib.



Azərbaycanda sahibkarlığın inkişafına dəstək məqsədi ilə fəaliyyətə başlayan və 3 fiziki şəxsin təsisçiliyi ilə yaranan şirkətin təqdimat mərasimində müxtəlif iş adamları, şirkət təmsilçiləri, millət vəkilləri və mətbuat nümayəndələri iştirak edib.
ARK Business Solutions (hərfi tərcüməsi Nuhun gəmisi deməkdir) adlanan şirkətin təsisçilərindən biri Xəyal Məmmədxanlı tədbirdə çıxış edərək bildirib ki, yeni şirkət ölkəmizin iqtisadi həyatında mühüm rola malik olacaq. Korporativ idarəetmə standartlarının təbliği və tətbiqi əsas məqsədi olan şirkət bütün hüquqi şəxslərə, xüsusi ilə də orta və kiçik sahibkarlıq subyektlərinə idarəetmə sahəsində hərtərəfli məsləhətlər verəcək. Həmin subyektlərdə fəaliyyət səmərəliliyinin artırılması, komandaların formalaşdırılması və peşəkarlaşdırılması, onların korporativ imic və stilinin modernləşdirilməsi, müasir texnologiyaların fəaliyyətlərində tətbiqində kömək edəcək. Yeni şirkət satış və marketinq fəaliyətinin düzgün qurulmasında da biznes subyektlərinə faydalı məsləhətlər verəcək. Xəhal Məmmədxanlı hesab edir ki, təsisçilərindən biri olduğu şirkət onlara müraciət edəcək istənilən sahibkarlıq subyektini güclənmək, rəqabət qabiliyyətini artırmaq, hətta bir dünya brendinə çevirmək üçün lazım olan potensiala sahibdir: "Amalımız Azərbaycan şirkətlərini dünya brendlərinə çevirmək, onların xidmət və məhsullarını dünya bazarında görmək və bu istiqamətdə öz peşəkar komandamızla bütün sahibkarlarımıza xidmət göstərməkdir"