Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb. Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.

Bağdadda minalanmış avtomobil partladıldı- 10 nəfər öldü

Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 30-dan çoxu xəsarət alıb.



APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, insident Bağdadın şimalında yerləşən bazarda, avtobus dayanacaqlarının yanında qeydə alınıb.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, onun arxasında "İŞİD"-in olduğu ehtimal edilir.

Bundan əvvəl Bağdadın beynəlxalq hava limanı yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər xəsarət almışdı.