“Əgər deyilənlər doğru olarsa, yeni ildən çəkiliş meydanlarında olacam”. “Əgər deyilənlər doğru olarsa, yeni ildən çəkiliş meydanlarında olacam”.

“Mən serial aktyoru deyiləm” - Fuad Poladov

“Əgər deyilənlər doğru olarsa, yeni ildən çəkiliş meydanlarında olacam”.


Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Fuad Poladov deyib.
O bildirib ki, yeni bir ssenariyə dəvət alıb: "Bədii filmdir, inşallah, güman edirəm ki, bekarçılığa son qoyacağıq".

Fuad Poladov vurğulayıb ki, hazırda teatrda bir-iki rolu var, onu oynayır.

Xalq artisti Azərbaycan serialları ilə bağlı da fikrini açıqlayıb: "Mən nə seriala baxıram, nə də çəkilirəm. Mən serial aktyoru deyiləm".


Bahar RÜSTƏMLİ
AzNews.az