Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oktay Gülalıyev təmsil etdiyi qurumun keçmiş müdafiə naziri Səfər Əbiyev və onun həbs olunan müavini Mehman Səlimovla əlaqələri barədə “Yeni Müsavat” qəzetində yazılmış materiala münasibət bildirib. Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oktay Gülalıyev təmsil etdiyi qurumun keçmiş müdafiə naziri Səfər Əbiyev və onun həbs olunan müavini Mehman Səlimovla əlaqələri barədə “Yeni Müsavat” qəzetində yazılmış materiala münasibət bildirib.

Milli Şuradan Səfər Əbiyev - Açıqlaması

Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oktay Gülalıyev təmsil etdiyi qurumun keçmiş müdafiə naziri Səfər Əbiyev və onun həbs olunan müavini Mehman Səlimovla əlaqələri barədə “Yeni Müsavat” qəzetində yazılmış materiala münasibət bildirib.



O. Gülalıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu yazı Milli Şuraya qarşı növbəti təxribatdır:" Eyni zamanda heç bir əsası olmayan yanaşmadır. Milli Şuranın adı çəkilən şəxslərlə heç bir əlaqəsi olmayıb. Həmçinin həmin şəxslərin həbs olunmasında da Milli Şuranın rolu olmayıb".

Qeyd edək ki, "Yeni Müsavat" qəzetində dərc olunmuş yazıda keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun həbs edilməsinin kimi onun Milli Şura ilə əlaqələrinin olması nəzərə çatdırılıb. Bildirilir ki, M.Səlimov ötənilki prezident seçkiləri ərəfəsi Milli Şura yaradılarkən bu qurumla əlaqələri səbəbindən hakimiyyətin qəzəbinə gəlib. Qaynaq iddia edir ki, M. Səlimovun Milli Şuranın əsas fiqurantlarından biri ilə (adını həmin şəxsin təhlükəsizliyi baxımından çəkmirik) təmasları fiksə edilib. Bundan sonra M. Səlimovun adı "qara siyahıya" salınıb. Mümkündür ki, vəzifədən çıxarıldıqdan sonra da S. Əbiyevlə münasibətlərini davam etdirən M. Səlimovun Milli Şura ilə əlaqələri fiksə edildikdən sonra müdafiə naziri də "şübhəlilər sırasına" düşüb. O da istisna deyil ki, prezident seçkilərindən sonra S. Əbiyevin nazir kimi təsdiqlənməməsi səbəbləri sırasında onun adamının Rusiyanın proyekti kimi tanınan Milli Şura ilə təmaslarının da rolu olub.