Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.

Prezident Maltanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.



AzNews.az-ın məlumatına görə, səfirlə söhbət zamanı dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Malta Respublikasının baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırlayıb. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd edib.

Səfir C. Debono isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az