Elnur Eltürk Elnur Eltürk

“Qarabağ” klubu niyə qalibdir?

Elnur Eltürk



...Bəzən elə hadisələr baş verir ki, insanların altşüuruna yeriyir və üstündən illər keçməsinə baxmayaraq, nəsildən-nəslə ötürülür. Düşünürəm ki, "Qarabağ" - "İnter" qarşılmasında da yaşanan məlum "qol olayı"nı buna aid edə bilərik. Bu oyun Azərbaycan futbolu tarixində ən yaddaqalan və hətta olayın üstündən on illər keçsə belə, yaddaşlardan silinməyəcək, tarix hadisə sayılacaq. Ümumiyyətlə, futbol tarixində azarkeşlər yaddaqalan oyunlar haqqında danışmağı xoşlayar. Bu xüsusiyyət futbolsevərliyin fəlsəfəsini təşkil edir.

Keçək əsas mətləbə. "Qarabağ" klubunun haqsız olaraq uduzdurulması onun qələbəsindən daha çox uğur gətirdi. Bu sözləri mənə yaxın qohumum "Qarabağ"-"İnter" oyununu müzakirə edərkən bildirdi. Əslində, səslənən fikir məntiqlidir və geniş müzakirələr də bunu təsdiq etdi. Çünki "Qarabağ"ın hakim tərəfindən uduzdurulması beynəlxalq mediada qalmaqala səbəb oldu. Oyundan bir saat sonra UEFA-nın "facebook" səhifəsinə minlərlə insanın münasibət bildirməsi insanların oyuna necə həssas yanaşdığını göstərdi.

Həmçinin, dünyanın məşhur ispan qəzeti "Marca"nın olaya münasibəti maraqlı idi. Qəzet ""Qarabağ" "İnter"ə qarşı oyunda haqsız olaraq yarışdan kənarlaşdırıldı" başlıqlı xəbər dərc etməklə dünyanı ədalətə səsləyirdi. Bura başqa nüfuzlu media orqanlarını əlavə etsək, məsələnin dünya səviyyəsinə çıxmasına səbəb oldu. .

Eyni zamanda, bu yazılar "Qarabağ" klubun bir futbol komandası kimi dünyada anılmasına böyük təsir etdi. Necə deyərlər, təsir əks təsirə bərabərdir.
Məşhur türk futbolçusu Arda Turanın "facebook" səhifəsində "Qarabağ"a dəstək nümayiş etdirməsi "Qarabağ"a ən böyük mənəvi dəstək idi.

Olayın siyasi tərəfini nəzərə alsaq, Azərbaycan üçün hansı avantaşlara gətirib çıxartdığı ortaya çıxır. Belə ki, "Qarabağ"ın Avropa liqalarında oynaması dünyanın Qarabağ problemi haqqında məlumatlandırılmasına böyük təkan verir. Bununla da informasiya savaşında Ermənistana və erməni lobbisinə böyük zərbə dəyir.

"Çox istərdik ki, "Qarabağ" qrupa düşüb və Avropanın ən güclü komandalarını Bakıya gətirərdi. Amma nə edək ki, ikili standartlar və hakimin ədalətsizliyi nəticəsində "Qarabağ" qrupa düşmədi. Bununla yanaşı, "Qarabağ" tanındı və böyük azarkeş ordusu qazandı. Necə ki, hər zaman dünya mediası 1966-ci ildə İngiltərə-Almaniya millilərinin qarşılaşmasında Maradonun əllə qol vurmasına diqqət ayırırsa, "Qarabağ"ın bu oyunu xatırlanacaq tarixi hadisələrdəndir. Məhz buna görə də "Qarabağ"qalibdir.