Avstraliya qitəsindəki Papua-Yeni Qvineyada kəndlilər ölü adamları duzlayıb hisə verir, ölünün yağını isə yemək yağı kimi istifadə edirlər. Avstraliya qitəsindəki Papua-Yeni Qvineyada kəndlilər ölü adamları duzlayıb hisə verir, ölünün yağını isə yemək yağı kimi istifadə edirlər.

Bu ölkədə ölünün yağını yemək yağı kimi istifadə edirlər - FOTOLAR

Avstraliya qitəsindəki Papua-Yeni Qvineyada kəndlilər ölü adamları duzlayıb hisə verir, ölünün yağını isə yemək yağı kimi istifadə edirlər.


AzNews.az-ın məlumatına görə, mumyalayıcılar əvvəlcə ölülərin bədənindəki yağı axıtmaq üçün onların ayaq, diz və dirsəklərini kəsirlər. Daha sonra bambuk dirəklərini cəsədlərin bağırsaqlarına salaraq damlaları toplayırlar. Bu yağ cəsədin sağ olan yaxınlarının dərilərinə və saçlarına çəkilir. Qalanı isə yemək yağı kimi istifadə edilir. Bunları etmələrinin səbəbi isə odur ki, guya bunu etməklə ölünün gücü həmin yaxınlarına keçir.

Daha sonra ölülərin dabanları, ovuclarının içi və dili kəsilib həyat yoldaşına verilir. Vücudun qalan hissəsi isə tonqalın üzərində hisə verilərək qurudulur və heyvanlardan qorunmaq üçün palçıq və torpaq rənginə boyanır.

Morobe dağlarında 200-dən çox yaşı olan belə cəsədlər çoxdur. Bu cəsədlərin bəziləri xüsusi bayramlar üçün endirilir, bayram qurtarandan sonra isə yerinə qaytarılır. Yerli inanclara görə, bu ölülər kəndi qoruyurlar. Ən hörmətli döyüşüçlərin cəsədlərini də qayalıqların ən gözəçarpan yerlərindən asırlar ki, həmin cəsədlər kəndi qorusun.

Bu ritual Katolik kilsəsi tərəfindən bəyənilməyib və Papua-Yeni Qvineya müstəqillik qazandığı 1975-ci ildən bəri qadağan edilsə də, bəzi ucqar kəndlərdə hələ də icra edilir. Belə ucqar bölgələrdən biri də Papua-Yeni Qvineya dövlətinin Morobe əyalətidir. Kəndlilər ölənlərin cəsədlərini qırmızı rəngə boyayır və düşməmələri üçün bambuk qamışlarından düzəldilən qəfəslərə qoyub asırlar. Buna görə də Morobenin dağlıq bölgəsində tez-tez rast gəlinən bu qovrulmuş cəsədlər həmin ərazidən keçən yolçuları qorxudur.

Kəndlilərin düşüncəsinə görə, bu ritualı yerinə yetirməklə onlar ölülərə hörmət etdiklərini sübut etmiş olurlar. Bəzilərinin fikrincə isə bunu yadları qorxutmaq, missioner və keşişləri bu bölgədən uzaq tutmaq üçün edirlər.
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description