Gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb. Gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb.

Azərbaycanda iki ev yandı

Gecə saatlarında iki yanğın hadisəsi qeydə alınıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Füzuli rayonu, 8-ci qəsəbədə vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, İmişli rayonu, Göbəktala kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.