“Rusiyaya pis olacaqsa, o pisliyin bir ucu da Azərbaycana dəyəcək”. “Rusiyaya pis olacaqsa, o pisliyin bir ucu da Azərbaycana dəyəcək”.

“Rusiyanın zəifləməsinə sevinməyək” – Zərdüşt Əlizadə

“Rusiyaya pis olacaqsa, o pisliyin bir ucu da Azərbaycana dəyəcək”.



AzNews.az xəbər verir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən deyib.


Politoloq vurğulayıb ki, Rusiya Azərbaycanın tərəfdaşı olduğuna görə mütləq mənfi təsiri olacaq.
"O ölkədə, həmçinin 2 milyondan çox soydaşımız yaşayır. Onlar öz qohumlarına pul göndərir. O pulların hesabına burda evlər tikilir, ailələr dolanışıqlarını tapır. Bu, birinci amildir. İkinci amil isə Rusiya zəiflədikcə, onun xarici siyasətində ola bilsin ki, azğınlıq həddi artsın. Bu da ölkəmiz üçün təhlükədir. Ümumiyyətlə, unutmayın ki, Rusiya Azərbaycanın ilk beşliyə düşən ticarət şərikidir. Onlara pis olacaqsa, o pisliyin bir ucu da bizə dəyəcək. Çünki bu iki dövlət əlaqəli bir sistemin içərisindədir", - deyə politoloq əlavə edib.

Zərdüşt Əlizadənin fikrincə, Azərbaycan əhalisi Rusiyanın zəifləməsinə heç də sevinməməlidir.

Babək Göyüş
AzNews.az