Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına start verilib. Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına start verilib.

“Qarabağ” çempion oldu

Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına start verilib.



Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutmalı olan 4 qarşılaşmadan yalnız "Simurq" – "Bakı" matçı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, sabah keçiriləcək.

Apasport.az xəbər verir ki, 2014-cü ilin son oyunlarında öncə "Xəzər Lənkəran"la AZAL, "Qəbələ" ilə "İnter" meydana çıxıb. Cənub klubu 4-cü pillədəki yerini qorumaq üçün mütləq qalib gəlməli idi. "Təyyarəçilər" isə həmin mövqeni ələ keçirmək üçün əllərində olan şanslardan istifadə etməyə çalışacaqdı. Lənkəranda hərəyə bir dəfə fərqlənən komandalar meydanda sülh bağlayıb - 1:1.

"Ağ-yaşıllar"ın xal itirməsi isə "Qəbələ"nin işinə yarayırdı. Lakin əyalət təmsilçisi ilə paytaxt klubunun görüşündə də qalib müəyyənləşməyib. 38-ci dəqiqədə Dodo ilə hesabı açan "Qəbələ" fasiləyə üstün getsə də, sona qədər bunu qoruya bilməyib. 67-ci dəqiqədə Məhəmməd Mirzəbəyovun qolu meydan sahiblərini 4-cü pillədən edib.

Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Matçda qonaqlara 2 cababsız top vuran son çempion meydandan 3 xalla ayrılıb.

Beləliklə, "Qarabağ" liderliyini qoruyaraq, "qış çempionu" olub. "İnter" isə II dövrəni II sırada başa vurub.

Xatırladaq ki, bu tur "Neftçi" istirahət edir