“Qanun” Nəşrlər Evi daha iki yeni kitab nəşr edib. “Qanun” Nəşrlər Evi daha iki yeni kitab nəşr edib.

Milyonların stolüstü kitabı Azərbaycanda- FOTO

“Qanun” Nəşrlər Evi daha iki yeni kitab nəşr edib.


AZNEWS.AZ xəbər verir ki, Filip Kotlerin "A-dan Z-dək MARKETİNQ" kitabı əsasən biznesmenlərin, istənilən dərəcəli marketinq üzrə şöbə menecerlərinin və tələbələr üçün nəzərdə tutulub.


Marketinq sahəsində dünya şöhrətli mütəxəssis Filip Kotlerin bu əsəri milyonlarla rəhbər və marketinq üzrə mütəxəssisin masaüstü kitabına çevrilib. Əsərdə şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı formada verilib. Kitab marketinqin zamanın sınağından keçmiş klassik alətləriylə yanaşı, yalnız son illərdə tətbiq edilməyə başlayan yeni innovasiya işləmələri də əhatələyir.
Kitabın tərcüməçısi Kifayət Haqverdiyevadır.


Nəşriyyatın buraxdığı ikinci kitab isə Azad Qaradərəlinin "Renessans həsrəti"dir. Kitabda müəllifin esseləri, müsahibələri və internet statusları
toplanıb. Qeyd edək ki, bu kitab müəllifin yaradıcılığında bir ilk deyil. O, vaxtilə elmi-publisistik motivli kitablar da yazıb çap etdiri. "Aşiqlər", "Zəngəzur qazisi Bəhlul Behcət", "Yaxın-uzaq dostlara məktublar" və s. kitablarını misal göstərmək olar.