AMEA Folklor İnstitunun elmi işçisi Aynur Qəzənfərqızı “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina üzv seçilib. AMEA Folklor İnstitunun elmi işçisi Aynur Qəzənfərqızı “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina üzv seçilib.

Gənc alim türk dövlətlərinin elmi birliyinə üzv seçildi

AMEA Folklor İnstitunun elmi işçisi Aynur Qəzənfərqızı “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina üzv seçilib.



Bu barədə məlumatı AzNews.az-a A.Qəzənfərqızının özü verib.

Qeyd edək ki, təşkilat 2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılıb.
TC Qaziantep Universitetinin və Qığızıstandakı Türkiyə Manas Universitetinin birgə yaratdıqları təşkilat eyni soydan gələn, eyni mədəniyyətin daşıyıcıları olan, lakin fərqli ölkələrdə yaşayan türk alimlərinin və təhsil işçilərinin quvvələrini birləşdirmək üçün qurulub.
Ümumtəhsil və ali məktəblər üçün ortaq proqramlar hazırlamaq, dərsliklər çap etmək, internet şəbəkəsi yaratmaq məqsədi ilə qurulmuş təşkilat qısa müddətdə xeyli iş görüb.

Təşkilata Azərbaycandan səkkiz nəfər üzv seçilib. Bakı Dövlət Universitetindən prof. Ramiz Əsgər, Naxçıvan Dövlət Universitetindən Əbülfəz Əzimli, digər beş nəfər isə – Folklor İnstitutunun "Xarici əlaqələr bölməsinin müdürü Əli Şamil Hüseyinoğlu, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı prof. Almaz Ülvi Binnətova, Lalə Həsənova həmçinin AMEA-nın digər institutlarından Toğrul Xəlilov, Lütviyyə Əsgərzadə də seçiliblər.