“Tərcüməçi Nadir Qocabəylinin tərcümə etdiyi roman müsabiqədə az bal toplayıb”. “Tərcüməçi Nadir Qocabəylinin tərcümə etdiyi roman müsabiqədə az bal toplayıb”.

Tərcümə Mərkəzindən ittihamlara cavab: “Onda bu dəfə alınmadı”

“Tərcüməçi Nadir Qocabəylinin tərcümə etdiyi roman müsabiqədə az bal toplayıb”.


Bunu AzNews.az-a açıqlamasında Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn deyib.
O bildirib ki, Tərcümə Mərkəzi olaraq kimisə önə, yaxud da geriyə çəkmək kimi fikirlər mümkünsüzdür:
"Bizim ekspertlərimiz və dil mütəxəssislərimiz var. Onların adlarını açıqlaya bilmərik . Kim çox bal toplayırsa, iyirmiliyə düşür. Yerdə qalanlar isə növbəti mərhələyə keçmir. Ekspertlər Nadir Qocabəylinin göndərdiyi tərcümə əsərinə az bal yazıb. Yəni, o, tələb olunan balı ala bilməyib. Ancaq onun balı heç də çox aşağı olmayıb. Bir və iki bal əskiyi ilə növbəti mərhələyə keçməyib. Onda bu dəfə alınmayıb, yəqin növbəti dəfə alınar, çünki bu, müsabiqə hər iki ildən bir keçirilir. Nadir bəy Afaq xanımın adını çəkir, facebookda iradlarını bildirir, ancaq deyim ki, Afaq xanım əsərləri qiymətləndirən ekspertlər arasında deyil. Müsabiqəyə bir-birindən maraqlı əsərlər göndərilib. Ekspertlərə əsərlər imzasız təqdim olunub, yəni kimi kimin əsərini oxuduğunu bilmir. Müsabiqəyə qatılan bütün tərcüməçilərə uğurlar arzu edirəm".

F.Hüseyn Nadir Qocabəyliyə hörmət etdiyini vurğulayıb və ona fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, Nadir Qocabəyli bu gün AzNews.az-a açıqlamasında iyirmiliyə düşə bilməməsinə görə, Tərcümə Mərkəzini kəskin şəkildə tənqid etmişdi.

Bahar RÜSTƏMLİ