Yanvarın 26-da Romada Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq Əlyazma” kitabının növbəti prezentasiyası olub. Yanvarın 26-da Romada Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq Əlyazma” kitabının növbəti prezentasiyası olub.

“Yarımçıq Əlyazma”nın növbəti prezentasiyası oldu - FOTOLAR

Yanvarın 26-da Romada Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq Əlyazma” kitabının növbəti prezentasiyası olub.



AZNEWS.AZ xəbər verir ki, təqdimatı "Humanitar elmlərin mədəni assosiasiyası" (LEUSSO) təşkilatı və "Sandro Teti Nəşriyyatı" keçirib.

Təqdimatda LEUSSO-nun prezidenti Benedetto Koçça, kitabın naşiri Sandro Teti, Florensiya Universitetinin professoru Franko Kardini (kitabın italyan nəşrinə ön sözün müəllifidir), professor Ermanno Vizantayner və başqaları iştirak ediblər.

İki saatdan çox çəkən təqdimat mərasimində canlı dialoq baş tutub və oxucular fikirlərini səsləndirib.

Qeyd edək ki, Azərbaycan və italyan ədəbiyyatlarının yaxınlaşmasına kömək edən bu nəşrin daha öncə də İtaliyanın müxtəlif universitetlərində təqdimatı keçirilib, İtaliyanın məşhur ədəbiyyat adamları "Yarımçıq əlyazma" haqda öz fikirlərini bildirib və haqqında mətbuatda yazılar dərc edilib.
image description image description