Dünən Bakıda “Azərsun Holdinq” yeni loqosunu təqdim edib. Dünən Bakıda “Azərsun Holdinq” yeni loqosunu təqdim edib.

“Azərsun Holdinq” yeni loqosunu təqdim etdi

Dünən Bakıda “Azərsun Holdinq” yeni loqosunu təqdim edib.





AzNews.az xəbər verir ki, loqonu dünyaca məşhur "Lamarq" şirkəti hazırlayıb. Brend nişanının təqdimatı "Alov qüllələri"ndə yerləşən "Fairmont Hotel"də baş tutub.

Təqdimatda çıxış edən şirkətin baş direktoru Savaş Uzan vurğulayıb ki, ölkəmizdə gedən dinamik inkişafla ayaqlaşan "Azərsun Holdinq" Azərbaycanla birgə inkişaf edərək daha da böyüyüb və istehsal etdiyi məhsulları ilə daha çox istehlakçının rəğbətini qazanıb.

"Əgər əvvəllər prioritet məsələ yalnız ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi idisə, artıq "Azərsun"a məxsus üzərində "Made in Azerbaijan" yazısı olan məhsullarımız bütün dünyada tanınaraq məşhur markalarla rəqabət aparır və xarici istehlakçıların rəğbətini qazanır", - deyə baş direktor bildirib.

Fəaliyyətə başlamasının 24-cü ilinə qədəm qoyan "Azərsun"un yeni brend nişanı üzərində olan 19 ulduz istisna olmaqla əvvəlki nişandan köklü şəkildə fərqlənir.
6 ay ərzində ərsəyə gələn yeni brend nişanının əsasını böyük "A" hərfi təşkil edir ki, bu da "Azərsun" sözünü ifadə edir.

Nişanı hazırlayan "Lamarq" şirkətinin direktoru Kristal Marival 6 ay ərzində ərsəyə gələn yeni brend nişanının əsasını təşkil edən "A" hərfinin "Azərsun" sözünü ifadə etdiyini, hərfin üzərində dövrə edən dairələrinsə özündə brendin beynəlxalq, inkişafda olan və dinamik olduğunu əks etdirdiyi deyib. Dairələrin üzərinə həkk olunmuş 19 ulduz "Azərsun"un davranış nizamnaməsini təşkil edən qaydaların (ədalətlilik, vicdanlılıq, keyfiyyət siyasəti, dürüstlük, çeviklik və s.) sayını bildirir.

"Azərsun Holdinq"ə məxsus bu nişanın tərtibatında istifadə olunan yaşıl və göy rənglər şirkətin Kütləvi Tələbat Malları Sektoruna (FMCG) aid olduğunu və ətraf mühitin mühafizəsinə xüsusi diqqətlə yanaşdığını ifadə edir.

İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov yeni brend nişanına 2015-ci il ərzində tədricən keçəcəklərini qeyd edib. Bildirib ki, yeni brend nişanı əvvəlcə məhsulların üzərində, sonra isə mərhələli şəkildə reklam lövhələrində və digər yerlərlə mərhələli şəkildə tətbiq olunacaq.

Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili" elan olunmuş 2015-ci ildə "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək və yerli məhsulların daha da geniş coğrafi əraziyə ixrac olunması üçün zəruri addımlar atacaq.