Qarabağın odlu-alovlu, qanlı savaşlarının döyüşçüsü, əlili, Azərbaycan və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovun vəziyyəti qəfildən pisləşib. Qarabağın odlu-alovlu, qanlı savaşlarının döyüşçüsü, əlili, Azərbaycan və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovun vəziyyəti qəfildən pisləşib.

Milli qəhrəman ağır durumda – FOTO

Qarabağın odlu-alovlu, qanlı savaşlarının döyüşçüsü, əlili, Azərbaycan və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovun vəziyyəti qəfildən pisləşib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı şairə Mayisə Əsədullaqızı özünün Facebook səhifəsində paylaşıb.

"Mən onu müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində gördüm. O gün çəliklə yavaş-yavaş da olsa gəzə bilirdi. Təkrarən yenə yanına getdim, indi gördüyüm mənzərə isə həqiqətən məni təsirləndirdi. Başına və ayaqlarına düzülmüş iynələri görüncə kövrəldim. Gəlin, qəhrəmanlarımızın, torpaq uğrunda sağlamlıqlarını itirən, qan axıdan döyüşçü əlillərimizin, oğullarımızın qədrini sağ ikən bilək", - deyə Mayisə Əsədullaqızı yazıb.

Qeyd edək ki, Arif Vəli oğlu Məhərrəmov 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983-85-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 Yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb.
1992-ci ilin yanvarında döyüşlərə yollanır. Agdamda Allahverdi Bağırovun könüllü özünü müdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Ağdama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır.

Heydər Əliyev 1994-cü ildə 20 Yanvar faciəsi ilə bağlı keçirilən iclasda Arif Məhərrəmovu "canlı qəhrəmanlıq eksponatı" adlandırıb.

Arif Məhərrəmov 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb.