Bu gün mərhum sənətkarımız, əməkdar artist Məhəbbət Kazımovun ölümündən bir il ötür. Bu gün mərhum sənətkarımız, əməkdar artist Məhəbbət Kazımovun ölümündən bir il ötür.

Məhəbbət Kazımovun ölümündən bir il ötdü

Bu gün mərhum sənətkarımız, əməkdar artist Məhəbbət Kazımovun ölümündən bir il ötür.



Mərhumun oğlu Rəşad Kazımov AzNews.az-a açıqlamasında bildirib ki, M.Kazımovun il mərasimi keçirilib.

"Atamım üçündə, qırxında bizim qapımızı kim açmışdısa, ildə də onlar gəldi. Allah hər kəsin canını sağ etsin. Laçın rayonunun bütün tanınmış şəxsləri il mərasimində iştirak etdi. Hətta, qəbir üstünə də getmişdilər", - deyə Rəşad Kazımov bildirib.

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il yanvar ayının 28-də dünyasını dəyişib.
Məhəbbət Kazımov son mənzilə "Laçınım" mahnısı ilə yola salınıb.



Bahar RÜSTƏMLİ
AzNews.az