Ukraynada yaralanan Ruslan Xəlilov mediaya açıqlama verdi - VİDEO

Ukraynada gedən döyüşlərdə vuruşaraq yaralanan azərbaycanlı əsgərlərdən biri danışıb.

ANS PRESS-in məlumatına görə, həm Donetskdə, həm də Luqanskda könüllü vuruşan Gürcüstanın Marnueli rayonunda doğulmuş, əslən azərbaycanlı, Ukrayna vətəndaşı Ruslan Xəlilov Diaspora TV-ə danışıb.

Ruslan Xəlilov separatçıların mövqelərinə tanklarla hücum etməsi nəticəsində bədənin müxtəlif hissələrindən yaralanıb.

Qeyd edək ki, ANS PRESS Luqanskda bir azərbaycanlı hərbçinin həlak olması barədə məlumat vermişdi. Belə ki, həmyerlimiz Bəşirov Tahirin Luqansk vilayətində separatçılarla gedən döyüşlərdə həlak olmuşdu.